Həkiimlərin təyinatı BU TARİXDƏ BAŞ TUTACAQ
    • 6-12-2019, 11:06
    • 562

Həkiimlərin təyinatı BU TARİXDƏ BAŞ TUTACAQ

Səhiyyə Nazirliyi rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərişləri ilə bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, 2019-cu ilin oktyabr və noyabr aylarında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərişləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində 10-13 dekabr 2019-cu il tarixləri arasında aşağıdakı cədvəl üzrə keçiriləcək.

Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.



Tarix və vaxt


İxtisas


10 dekabr 2019-cu il

saat10:00

Anesteziologiya-reanimatologiya

Ümumi cərrahiyyə

Otorinolarinqologiya

Travmatologiya-ortopediya

Yoluxucu xəstəliklər

Revmatologiya

11 dekabr 2019-cu il

saat10:00

Onkologiya

Oftalmologiya

Mamalıq-ginekologiya

Psixiatriya

Terapiya

12 dekabr 2019-cu il

saat10:00

Neyrocərrahiyyə

Uşaq cərrahiyyəsi

Kardiologiya

Nefrologiya

Qastroenterologiya

Hematologiya

Dermatovenerologiya

Allerqologiya

Endokrinologiya

Narkologiya

Ftiziatriya

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

Pediatriya

13 dekabr 2019-cu il

saat 10:00

Şüa diaqnostikası

Üz-çənə cərrahiyyəsi

Sosial gigiyena və səhiyyənin təşkili

Mikrobiologiya

Laboratoriya işi

Urologiya

Nevrologiya