Şeyxin yaxın adamının şirkəti cərimələndi
    • 10-12-2019, 21:50
    • 1 083

Şeyxin yaxın adamının şirkəti cərimələndi

Dövlət Əmək Müfəttişliyi Xidməti "Ceyhun-3” İstehsalat Kommersiya Firması barədə inzibati protokol tərtib edib.
 
News24.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci  (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək, 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
 
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
 
Qeyd edək ki, ""Ceyhun-3” İstehsalat Kommersiya Firması çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olur. Şirkətin rəhbəri Hacı İlyas Əliyevlə bağlı mətbuatda neqativ məlumatlar dərc olunub. Hacı İlyasın Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin yaxın adamı olduğu bildirilir