-
- 11-12-2019, 14:30
- 794
Dövlət Komitəsinin sədri Qətərin ölkəmizdəki səfiri ilə görüşdü
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı dekabrın 11-də Qətər Dövlətinin ölkəmizdə yenitəyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah HəmədAbdullah Al Hinzab ilə görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən News24.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, diplomata ölkələrimiz arasındaəməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb, Azərbaycan-Qətər arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin önəminə toxunub.
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa geniş məlumat verərək, dövlət-din münasibətlərinin uğurla tənzimlənməsi üzrə ölkəmizdə son illər görülmüş işlərdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini icmalara hərtərəfli dəstək verilir. Azərbaycan dövləti bütün etnik qrupların, dini konfessiya nümayəndələrinin özdillərini, dinlərini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir.
Ölkəmizdə dövlət dəstəyi ilə sinaqoqlar, məbədlər, məscidlər və kilsələr tikilir. Komitə sədri vurğulayıb ki, Azərbaycanda tarixi-mənəvi irsin və ənənəvi dəyərlərin qorunub saxlanılmasının prioritet olması, tolerantlıq,multikulturalizm ideyalarına sadiqliyimiz, nəticə etibarilə Azərbaycanınbeynəlxalq miqyasda nümunəvi məkana çevrilməsini şərtləndirir. Səmimi qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildirənsəfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ötən ay ölkəmizdə keçirilən Dünya dini liderlərinin II Sammitinin önəminə toxunaraq Azərbaycanın bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm rol oynayan ölkə kimi tanındığını vurğulayıb.
Dost xalqların oxşardəyərlərə sahib olduğunu bildirən səfir ölkələrimizdə multikultural vətolerant ənənələrin, harmonik münasibətlərin mövcud olduğunu bildirib. Dini sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşün sonunda səfirə DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşıtörədilən erməni vandalizmi haqqında ərəb dilində nəşr etdirdiyikitablar təqdim edilib.