Yanğında avtomobillər zərər görüb
    • 14-12-2019, 20:40
    • 997

Yanğında avtomobillər zərər görüb

Baş verən yanğın hadisəsinin mürəkkəbliyi nəzərə alaraq 2 saylı yüksək çağırış elan edilib.  
News24.az xəbər verir ki, jurnalistlərə açıqlamasında bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib. 
O, Nəsimi rayonunda 3-cü mikrorayon bazarı adlanan ərazidə baş vermiş yanğından sonra jurnalistlərlə söhbətində bildirib ki, buna uyğun olaraq paytaxtın müxtəlif ərazilərindən hadisə yerinə əlavə qüvvələr cəlb olunub: 
“Yanğın təxminən ümumi sahəsi 3-4 min kvadratmetrlik ərazidə baş verib və 250-300 kvadratmetrlik sahəni əhatə edib. Yanğın 30 dəqiqə ərzində məhdudlaşdırılıb və qısa müddətdə tamamilə söndürülüb.  
Təxminən 17 yanğınsöndürmə texnikası və 75 nəfər şəxsi heyəti cəlb olunub. İlkin məlumata görə, yanğın zamanı zərərçəkənlər olmayıb. Hadisə zamanı iki avtomobil qismən yanıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır”.