Azərbaycanda kişi qadını intihar həddinə çatdırdı – CİNAYƏT İŞİ AÇILDI
    • 23-12-2019, 15:22
    • 764

Azərbaycanda kişi qadını intihar həddinə çatdırdı – CİNAYƏT İŞİ AÇILDI

Bir müddət əvvəl Abşeron rayonunda qadının intihar etməsi hadisəsi ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Xırdalanda Ə.Əliyeva adlı qadının həyatına qəsd etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi, yəni özünü öldürmə həddinə çatdırma maddəsi ilə açılan işin materialları Abşeron Rayon Məhkəməsinə göndərilib.

Abşeron Rayon Prokurorluğunda aparılan araşdırmalar zamanı qadını Yaqub Qurbanov adlı şəxsin ölüm həddinə çatdırdığı və onun təzyiqləri səbəbindən həyatına qəsd etdiyi üzə çıxıb. Həmin şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.