Saat 17:00-dək 1 520 133 nəfər SƏS VERİB
    • 23-12-2019, 17:29
    • 1 020

Saat 17:00-dək 1 520 133 nəfər SƏS VERİB

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 17:00-dək olan seçici fəallığı açıqlanıb.

News24.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı bu saatadək 30.57 % faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1520133 nəfərinin səs verdiyini deyib.