Zaqatalada ağır avtomobil qəzası - ÖLƏN VAR
    • 25-12-2019, 09:10
    • 647

Zaqatalada ağır avtomobil qəzası - ÖLƏN VAR

Zaqatalada ağır avtomobil qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyin News24.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Zaqatala rayonunun Əliabad qəsəbəsində "ВАЗ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1983-cü il təvəllüdlü Gülməmmədov Tural Məmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.