"Köhnə maşınlar ətraf mühitin çirkənməsinə səbəb olur" – ETSN rəsmisi
    • 25-12-2019, 13:25
    • 1 216

"Köhnə maşınlar ətraf mühitin çirkənməsinə səbəb olur" – ETSN rəsmisi

“Azərbaycan Respublikasında ətraf-mühitin çirklənməsinə əsas səbəb səyyar vasitələrdir. İllər əvvəl atmosfer havasını sənaye müəssisələri, digər istehsalat sahələri idisə, hazırda bu tam əksinədir. Sözsüz ki, avtonəqliyyat vasitələrinin ətraf-mühitə təsirini azaltmaq üçün bir neçə istiqamətdə fəaliyyət həyata keçirmək lazımdır”. 

News24.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. O, havanınçirklənməsinin uzun illər istismar edilən maşınlara görə baş verdiyini bildirib: “Birincisi onu görə bilərik ki, avtomobillərin sayı son müddətdə kəskin artmağa başlayıb. Buna əks arqument olaraq deyə bilərlər ki, Azərbaycanda maşınların sayı heç də Avropadan çox deyil. Amma, məsələ ondadır ki, Avropada istismar olunan avtomobillər yenidirlər. Azərbaycanda isə təxminən yaşı 10 ildən çox avtomaşınların sayı 80 faizə yaxınlaşır. Buraya 40 ildən yuxarı olanlar da var. Bütün bunlar avtomobilin ətrafa məhfi təsirini Azərbaycanı Avropadan daha pis vəziyyətdə göstərir. Ona görə də bu dövlət proqramının əsas məqsədi təhlükəsizliyin təmin olunmasıdır. Buna nail olmaq üşün istiqamətlər var. Birincisi köhnə avtomobil parkının yenilənməsidir. Daha sonra isə ekoloji cəhətdən təmiz avtomobillərin istifadəsinin təşviq olunmasıdır. Bunun üçün stimullaşdırıcı işlər görülməlidir. Bu tədbirlər iqtisadi alətlərlə olmalıdır. Hazırda ekoloji təmiz avtomobillər qiyməti digər adi avtomobillərdən bahadır”. 

Teymur Məmmədov