Bakıda sürücü məsuliyyətdən yayınmaq üçün BUNU ETDİ – FOTO
    • 26-12-2019, 09:10
    • 418

Bakıda sürücü məsuliyyətdən yayınmaq üçün BUNU ETDİ – FOTO

Bakıda məsuliyyətdən yayınmaq istəyən sürücülərin müxtəlif vasitələrdən istifadə etməsi heç kimə sirr deyil.

News24.az-ın məlumatına görə, paytaxt ərazisində əsasən taksi fəaliyyəti göstərən avtomobillərin sürücüləri müxtəlif üsullarla törətdikləri yol-hərəkəti pozuntularını gizlətməyə və inzibati tənbeh tədbirlərindən yayınmağa çalışır. Belə hallardan birinə bu günlərdə paytaxt ərazisində hərəkət edən “Daewoo Gentra” markalı avtomobilin sürücüsü yol verib. Həmin sürücü avtomobilin arxa dövlət qeydiyyat nişanının üstünə siqaret qutusu yapışdırıb. Bu yolla o, maşının nömrəsinin tam oxunmasına mane olub.

Qeyd edək ki, qanunvericiliyə görə bu kimi hallarda sürücü 500 manat cərimə edilə bilər.