-
- 27-12-2019, 14:16
- 840
"Dəyişiklikdən sonra xoşbəxt oluram" - AYGÜN KAZIMOVA - VİDEO
"2019-cü il mənim üçün çox uğurlu və gözəl oldu. Layihələrlə bol il kimi yadda qalıb. Mənim kimi sənətçiyə bundan artıq nə lazımdır?!"
Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Aygün Kazımova deyib: "Yeni ili səhnədə qarşılayacağam. Şəkidə otellərin birində konsert proqramı ilə sevənlərimin qarşısına çıxacağam. 2020-dən gözləntilərim çoxdur. İlk növbədə özümə şans arzu edirəm. Bütün layihələrimin, planlarımın həyata keçməyini istəyirəm. Konsert də ola bilər. Bir sözlə, bizi hər an, hər şey gözləyə bilər".
Xalq artisti imicindəki dəyişiklikdən də söhbət açıb: "Saçlarımı sarıya boyatdırdım. Bilirsiniz ki, mən fərqliliyi çox sevirəm. Ümumiyətlə dəyişmək artıq mənim həyat tərzimə çevrilib. Dəyişiklikdən sonra xoşbəxt oluram".
Kazımova News24.az-ın bütün oxucularını bayram münasibətilə təbrik edib: "Əzizlərim, canlarım sizi tədbrik edirəm. Neçə-neçə belə gözəl illərə çıxaq. Hər zaman həmrəy, möhkəm, bir və biz olaq. İlimiz uğurlu olsun".
Sevda Bayramova