Narkotik alverçisi iş başında YAXALANDI
    • 27-12-2019, 14:49
    • 776

Narkotik alverçisi iş başında YAXALANDI

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini A.Allahverdiyev 522 qrama yaxın heroin və metamfetamin satarkən saxlanılıb. 

Davam etdirilən tədbirlərlə onun Göygöl şəhərindəki evindən 481 qrama yaxın heroin və 61 qramdan çox metamfetamin aşkarlanaraq götürülüb. 

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Quliyev isə Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkarlanaraq götürülüb. 

Hər iki faktla bağlı araşdırma aparılır.