AMEA-nın ümumi yığıncağı başladı- BİRİNCİ VİTSE-PREZİDENT SEÇİLƏCƏK
    • 28-12-2019, 11:32
    • 789

AMEA-nın ümumi yığıncağı başladı- BİRİNCİ VİTSE-PREZİDENT SEÇİLƏCƏK

AMEA Rəyasət Heyətinin binasında akademiyanın Ümumi yığıncağı başlayıb.

News24.az xəbər verir ki, yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçilməsi məsələləri daxil edilib.

Yığıncaqda AMEA-nı n prezidenti Ramiz Mehdiyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, təhsil naziri Ceyhun Bayramov, baş nazirin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin müdiri Fərəh Əliyeva və başqaları iştirak edir.

Afaq Mirayiq