Nigar Nəsimi ilinə “Neylərəm”lə yekun vurdu - VİDEO
    • 29-12-2019, 16:02
    • 1 153

Nigar Nəsimi ilinə “Neylərəm”lə yekun vurdu - VİDEO

Əməkdar artist Nigar Şabanova İmaddədin Nəsimiyə həsr olunmuş yeni işini təqdim edib.

News24.az xəbər verir ki, xanım ifaçı Nəsiminin “Neylərəm” adlı qəzəlinə Qala kəndində yerləşən Qala müzeyində klip çəkdirib. Nigar Şabanova özü gənc olmasına baxmayaraq onunla duet oxumaq istəyən Əməkdar artist Babək Niftəliyevin tələbəsi Hikmət Şükürovun duet oxumaq istəyini də ürəyində qoymayıb: “2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam oldu. Məlumdur ki, İ.Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları bu ili ona həsr etdi. Mən də öz növbəmdə ilin yekununda “Neylərəm” adlı qəzəli tam başqa formatda oxudum və bu gün tamaşaçılara, izləyicilərə təqdim edirəm”.

Qeyd edək ki, klipi ekranlaşdıran Vəfa Abrişami olub. Sözlər İmadəddin Nəsimi, musiqi isə Rübail Əzimova məxsusdur. Klip 2 gün ərzində çəkilib.