48 yaşlı kişi evdə yanaraq öldü - XAÇMAZDA
    • 31-12-2019, 11:56
    • 601

48 yaşlı kişi evdə yanaraq öldü - XAÇMAZDA

Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Köhnə Xaçmaz kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hacıyev Firuz Saday oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.