-
- 13-01-2020, 18:01
- 1 698
Polad Bülbüloğlunun 75 illik yubileyi QEYD OLUNACAQ
Fevralın 4-də görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, “İstiqlal” və “Şərəf” ordenli Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olur.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu münasibətlə fevralın 4-də saat 19:00-da Beyləqan rayonunun Olimpiya İdman Kompleksində, fevralın 7-də isə Bakıda Heydər Əliyev Sarayında yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.
Tədbirlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, estrada ansamblı və solistlərin ifasında Polad Bülbüloğlunun əsərləri səslənəcək.
Polad Bülbüloğlu 1945-ci ildə Bakıda Azərbaycan görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (dahi Qara Qarayevin sinfi) bitirib.
Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni bir çox beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı, “Aşıqlar” vokal-instrumental ansamblı ilə birgə Polad Bülbüloğlu Rusiya, ABŞ, Kanada, Türkiyə, Fransa, Argentina, Polşa, Almaniya, Danimarka, Niderland Krallığı, İsveçrə, Finlandiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Moldova və Gürcüstanda böyük uğurla çıxış edib.
Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yaradıb.
Bəstəkarın “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yaratdığı “Eşq və Ölüm” baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Həmin ildə Akademik Opera və Balet Teatrının balet truppası bu tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirib.
Öz bənzərsiz ifası ilə milli estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlunun bəstələri içərisində ona ən çox şöhrət gətirən isə müəliifi və ifaçısı olduğu “Gəl, ey səhər” mahnısıdır. Bundan əlavə, “Doğma diyar”, “Şən Azərbaycan”, “Durnalar”, “Bayatılar”, “Vətən haqqında mahnı”, “Bakı”, “Məni gözlə”, “Gözəllər”, “Bənövşələr”, “Həsrətimsən” və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.
Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildәn 2006-cı ilə kimi isə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərir.
Sənətçi Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında və dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə “Müqəddəs knyaz Nevski” mükafatına layiq görülüb. Moskva şəhərində “Ulduzlar” meydanında Polad Bülbüloğlunun şərəfinə yeni ulduz həkk olunub.
Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1982-ci ildə “Xalq artisti” fəxri adları, 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib. /report/