"100 min manat verin, "battle"a çıxım" - XPERT
    • 16-01-2020, 12:30
    • 2 156

"100 min manat verin, "battle"a çıxım" - XPERT

Reper Xpert (Şəhriyar Atababayev) sosial media hesabında qalmaqallı status yazıb. 

News24.az
-ın məlumatına görə o, 100 min manat qonorar müqabilində "battle"a (qarşıdurma - red.) çıxmağa razı olduğunu bildirib.

Xpert qeyd edib ki, kiminlə qarşılaşması isə onun üçün maraqsızdır. Onun statusundan sonra sosial mediada reperin "Kəllə-kəlləyə" layihəsində qarşıdurma etmək istəməsi barədə müzakirə yaransa da, sənətçi bundan yayınıb. Müzakirələr zamanı reperə ən uyğun rəqib kimi Okaber göstərilib.  

Sözügedən açıqlamadan sonra "Kəllə-kəlləyə" yaradıcıları ilə Xpert arasında sosial şəbəkələr üzərindən atışmalar olub. Bu "mini qırğın"da minlərlə rep həvəskarı da iştirak edib. Bununla bağlı sosial şəbəkələrdə "100 min manat”, "Xpertin koşeloku”, "Mazzinin böyrəyi” tipli onlarla troll hesablar yaradılıb.

Qeyd edək ki, Xpert 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Onun mahnıları "Youtube"da 30 milyondan çox baxış sayı toplayıb.

Sevda Bayramova