-
- 17-01-2020, 14:16
- 950
"Qanunsuz spirtli içki istehsal edənlərə qarşı ən sərt tədbirləri tətbiq edəcəyik" - Qoşqar Təhməzli
"Bəzi sahibkarlıq subyektləri təəssüf ki, çalışdıqları sahənin məsuliyyətini hələ dərk etmir".
News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin hesabatına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, "İctimai iaşə sahəsində fəaliyyət göstərən, kütləvi qidalanmaya məhsul təqdim edən bəzi şəxslər dərk etmirlər ki, onların ehtiyatsız hərəkəti insanların kütləvi şəkildə zəhərlənməsinə səbəb olur və hətta acı sonluğa gətirib çıxarır.
Bu günə olan fakt bundan ibarətdir ki, bu cinayətdə iştirak edən 15 şəxs barəsində məhkəmə qərarları ilə onlar barəsində həbs qətimkan tədbiri tətbiq olunub və bu iş davam etdirilməkdədir. Bir məqamı vurğulayım ki, zəhərlənməyə səbəb olan spirt texniki, sənaye spirtidir və qida ilə heç bir aidiyyəti olmayan metil spirtidir. Zəhərlənməyə səbəb olan həmin içkilərin tərkibində 76,6 faiz metanol aşkarlanıb".
AQTA sədri qeyd esşdir ki, aşkarlanan metanolun tərkibində xüsusi həlledici məhlul aşkarlanıb ki, bu da sənaye metanolu üçün xarakterik olan göstəricidir:
"Burada bir qrup cinayətkar ölkənin müxtəlif yerlərində icarəyə götürdükləri və özlərinin fərdi evlərində bir qrup sadəcə boş butulkaların yığılıb təmizlənib istehlaka yararlı hala salınması, digər qrup həmin məhsullara ağızlarına spirtli içkilər üçün nəzərdə tutulmuş diyircəklərin müxtəlif formalarının hazırlanaraq butulkalara tətbiq olunması, üçüncü qrup metanolun qeyri-qanuni yolla əldə olunması, dördüncü qrup isə həmin məhsulun ictimai iaşə müəssisələrinə daşınaraq müxtəlif bahalı brendlər adı altında satışını həyata keçirməklə məşğul olub. Ən üzücü fakt isə bu işdə ictimai iaşə müəssisələrinin, şadlıq evlərinin və müxtəlif kafe, restoranların, daha çox gecə klublarının iştirakıdır".
Q.Təhməzli bildirib ki, 2020-ci ildən etibarən artıq Qida Təhlükəsizliyi Agentliyi daha sərt inzibati tədbirlərə əl atacaq:
"Bu faktlar da onu göstərir ki, məsuliyyətini dərk etməyən bəzi dırnaqarası sahibkarlar dəyərli iş adamlarının adına xələl gətirirlər. O adamlara qarşı qanunun ən sərt tədbirlərini tətbiq edəcəyik. Bu il ərzində monitorinq və yoxlamaların da sayı artırılacaq. Həssas qruplardan olan yoxlamalar çoxluq təşkil edəcək. Bunlar eyni zamanda müalicə profilaktika müəssisələrin i də əhatə edəcək. Çünki xəstələrin qidalanması çox önəmli qidalanmadır".
Afaq Mirayiq