Bakıda uşaq xəstəxanasının həyətində BIÇAQLANMA
    • 19-01-2020, 12:07
    • 1 201

Bakıda uşaq xəstəxanasının həyətində BIÇAQLANMA

Bakıda xəstəxananın həyətində baş vermiş bıçaqlanma ilə bağlı açılmş cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, Şərbətəli İlkin Surxay oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci, yəni, qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rahib Salmanovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə oktyabrın 1-də rayonun Qobustan qəsəbəsində yerləşən Zaur Bayramov adına 9 saylı Birləşmiş Uşaq Xəstəxanasının həyətində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü İlkin Şərbətəli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Sənan Nəcəflini mətbəxt bıçağı ilə vuraraq xəsarət yetirib.