Şəkidə 2 uşaq anası soyuqdəymədən ÖLDÜ
    • 20-01-2020, 11:42
    • 719

Şəkidə 2 uşaq anası soyuqdəymədən ÖLDÜ

Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb.

News24.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə rayonun 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, X .İsayevanın səhhətində bir neçə göndür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.

X.İsayevanın ölüm səbəbini dəqiqləşdirmək üçün onun meyiti məhkəmə tibbi ekspertiziyasına təhvil verilib.