-
- 20-01-2020, 15:48
- 983
"Cratos"da müştərisinin döyülüb, avtomobilinin əlindən alınmasının TƏFƏRRÜATI- BORCA GÖRƏ...
Mətbuatda Bakıda məşhur restoranlarından biri olan "Cratos"da insident yaşandığı haqda məlumat verilib. Məlumata görə, Y.Xəlilov adlı şəxs sözügedən restoranın parkinqində olan zaman borclu olduğu Rüfət adlı şəxs və yanındakı bir nəfər ona zor tətbiq edərək BMW markalı avtomobili əlindən alaraq qaçıblar.
Məsələ ilə bağlı restoranla əlaqə saxladıq.
"Qratos"un adını açıqlamaq istəməyən əməkdaşı News24.az-a məlumatında insidentdən xəbərsiz olduğunu, daha sonra isə sözügedən hadisənin restoranın parkinqində yox, məhz şadlıq sarayında baş verdiyini bildirib. Eyni zamanda insidentin təxminən 5- 6 gün öncə yaşandığını və borca görə baş verdiyini deyib. Ardınca isə olayın araşdırılıb məlumat veriləcəyini qeyd edib.
Amma növbəti zəngdə isə həmin əməkdaş bu haqda yayılan xəbərləri tamamən təqzib edib: "Restoranın yox, amma Şadlıq Sarayının parkinqi var. Amma nə sarayda, nə də ki, restoranımızda belə bir hadisə yaşanmayıb. Ən azından belə bir şey olsa idi, aidiyyatı orqanlar tərəfindən bizə xəbərdarlıq olunardı. Əgər, kimsə qərəzli şəkildə bu yazını yazırsa, bu onun biləcəyi işdir. Biz heç ona fikir belə vermirik. Heç kim nüfüzumuza zərbə vura bilməz".
Sevda Bayramova