İt dişləməsindən sonra ölən uşaqla bağlı - Rəsmi açıqlama
    • 25-01-2020, 20:43
    • 1 102

İt dişləməsindən sonra ölən uşaqla bağlı - Rəsmi açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) it dişləməsindən sonra ölən şagirdlə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, TƏBİB-dən AzərTac-a bildirilib ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən il dekabr ayının 29-da saat 12:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İt dişlədiyi yara cərrahi işlənib, antirabik vaksin vurulub və qohumlarına izah olunub ki, poliklinikaya müraciət etsinlər, eləcə də yaralıya digər iynələr vurulsun: “Hadisə barədə Xəzər rayonu Gigiyena və Epidemiologiya Mərkəzi və 26 saylı poliklinikaya məlumat verilib. Uşağın valideynlərinə dəfələrlə izah edilib ki, mütləq qaydada digər iynələr vurulmalıdır. Bu gün aldığımız məlumata görə, iki dəfə iynə vurdurublar, daha sonra isə poliklinikaya getməyiblər”.

Qeyd edək ki, Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. Hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.