-
- 27-01-2020, 16:19
- 1 153
Azərbaycanda şok hadisə - Polisə hücum edərək SİLAHINI ƏLİNDƏN ALMAQ İSTƏDİ
Bir neçə ay əvvəl Yevlaxda narkotik bitki becərərkən polis tərəfindən tutulan və bu zaman bıçaqla müqavimət göstərən şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, Yevlax sakini Qurbaniv Cəmil Tapdıq oğlu barəsində Cinayət Məcəlləsinin 232.3.2-ci (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 237.2.3-cücü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə açılan işin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Bilal Məmmədovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası 3 fevrala təyin edilib.
Qeyd edək ki, mayın 30-da gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gəlmiş Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində onların silahını almaq istəyən şəxs zərərsizləşdirilərək tutulub.
Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.