Saatlılda polislər qəzaya düşdü - YARALILAR VAR
    • 30-01-2020, 12:58
    • 651

Saatlılda polislər qəzaya düşdü - YARALILAR VAR

Yanvarın 29-da saat 23 radələrində Saatlı şəhəri M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı Rayon Polis Şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə arxadan vurub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər. 

Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.