Bakıda müəllimə və qayınanası qripdən ölüb? - EKSKLÜZİV
    • 30-01-2020, 13:53
    • 1 760

Bakıda müəllimə və qayınanası qripdən ölüb? - EKSKLÜZİV

249 saylı orta məktəbin təsviri incəsənət müəlliməsi Sərfi Namazova vəfat edib.

Bu barədə News24.az-a daxil olan məlumatda bildirilir ki, müəllimə qripdən dünyasını dəyişib. Məlumatda o da bildirilir ki, bir həftə öncə müəllimənin qayınanası da eyni diaqnozdan vəfat edib. Dünən onun 7 mərasimi keçirilib. Yayılan bu məlumat məktəbdə oxuyan şagirdlərin valideynlərini təşvişə salıb.

Deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün TƏBİB və Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ilə müraciət etdik. Sorğunun cavabı dərc olunacaq. 

Afaq Mirayiq