Bakıda külli miqdarda rüşvət alan icra başçısının qohumundan YENİ XƏBƏR
    • 21-12-2019, 11:38
    • 1 152

Bakıda külli miqdarda rüşvət alan icra başçısının qohumundan YENİ XƏBƏR

Bir neçə ay əvvəl Bakıda rüşvət aldığı üçün vəzifədən kənarlaşdırılan və cinayət məsuliyyətinə cəlb edilən vəzifəli şəxs Ali Məhkəməyə kasasiya şikayəti verib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü, yəni, rüşvət alma – külli miqdarda törədilkdə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məmmədov Xalid Fayıq oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və ona bəraət verilməsini tələb edib. Müraciətə məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, paytaxtın Xətai rayonunun icra başçısı Razim Məmmədov işdən kənarlaşdırılandan az sonra onun qohumu Xalid Məmmədov təqsirləndirilən şəxs kimi məhkəmə qarşısına çıxarılıb. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədov elə bu rayonda rüşvət alıb qanunsuz tikililərə şərait yaratmaqda suçlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Xalid Məmmədov isə özünü təqsirli bilmir. Yanvarın 3-də 27 yaşlı sabiq məmur məhkəmədə təkcə bir tikintiyə görə 50 min manat rüşvət alması barədə ittihama münasibət bildirərkən deyib ki, nəinki bu pulu almayıb, heç ona təklif də edilməyib.

Bildirib ki, tikinti məsələlərinin ona aidiyyəti olmayıb, əsasən məhəllələrdəki daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsi ilə məşğul olublar: "Mənim avtomobilimin ustası vardı, İlham Məlikov. 2018-ci ilin fevralında mənə zəng eləyib dedi ki, dostu Elsevər tikinti işinə görə mənim yanıma gələcək. Ona da dedim ki, tikinti mənim sahəm deyil”.