"Pul verib İbrahim Tatlısesi ağlatmışam" - ZENFİRA İBRAHİMOVA - VİDEO
    • 31-01-2020, 13:32
    • 1 195

"Pul verib İbrahim Tatlısesi ağlatmışam" - ZENFİRA İBRAHİMOVA - VİDEO

""Düşünməlisən" adlı yeni mahnımı təqdim etdim. Mahnını "Youtube" kanalıma da yerləşdirdik".

Bu sözləri News24.az-a açıqlamasında müğənni Zenfira İbrahimova deyib. O, bildirib ki, "Youtube" hesablarının saxta şəkildə baxış sayının artırmasıyla bağlı deyilənlər yalandır: ""Youtube" kanalımızda saxta baxış söhbəti ola bilməz. Əgər, saxta baxış olsa, bizim hesabımıza pul ödəməzlər. Loru şəkildə deyim "Heç kimin heç kimin dədəsinə borcu yoxdur". Mahnım xalq tərəfindən sevilirsə, istənilirsə deməli, baxış sayının saxtalığı yalandır".

Müğənni rəfiqəsi Şəbnəm Tovuzlu ilə münasibətlərindən də danışıb:
 "Təbii ki, çox görüşsək, kaprizimiz də baş qaldıra bilər. Ailələrimiz tanışdır, gediş-gəlişimiz normaldır. Elə olur ki, iki aydan bir görüşürük. Aramızda sağlam rəqabət var. Şəbnəm xanımın gözəl mahnıları, ifaları var, xalq tərəfindən sevilir. Mən də çalışıram ki, daha da gözəl mahnı ifa edim və sağlam rəqabət aparım". 

"Oğlunuz mətbuata açıqlamasında "Ailənin bütün yükü anamın üzərindədir" fikri diqqətimizi çəkdi. Bu, nə dərəcədə doğrudur" sualınaın cavabında isə Zenfira İbrahimova oğlu İbrahimin çox ağıllı olduğunu vurğulayıb:
 "Xoşbəxtəm ki, belə övladım var. Bacı-qardaşlarımın yükü də mənim üzərimdədir. Allah birimizin ruzisini yetirirsə, mən də onların yükünü çiynimə almışam və birlikdə addımlayırıq. Ona görə övladım deyir ki, anam çox əziyyət çəkir. Çünki üzərimdə bir neçə ailə var. Həmişə onların yanındayam. Həyat yoldaşımın da, çox şükür işi var, öz sahəsində peşəkardır, gəliri pis deyil. Amma məlum məsələdir ki, mənim bir aylıq qazancım Anar Heydərovun qazancından üstündür. Təbii ki, ailəm üçün qazanıram, problemləri həll edirəm. Xırda problemləri Anar özü həll edir və bizim gəlirlərimiz bir yerdədir. Hansımızın çox və ya az qazanmasının fərqi yoxdur. Bizdə məhərrəmlik, orucluq ayları var, eləcə də, qış aylarında toylar azalır. Təbii ki, Anar Heybətov evin kişisidir və qazancı da ailəsinədir".

İbrahimova həyat yoldaşını qısqandığını vurğulayıb. O, bir müddət öncə Anar Heydərova mesaj göndərən, hətta deyilənlərə görə avtomobil aldığı iddia olunan xanımı döydüyü haqda yayılan xəbərlərdən danışıb: "Doğru xəbər deyil... Heç vaxt öz səviyyəmi alçaltmaram. Hər bir qadın anadır, xanımdır. Əgər, həyat yoldaşımla 16 illik birgə yolumuz varsa, sevgi də, qısqanclıq da olmalıdır. Bir qadın olaraq sevirəmsə, qısqanmalıyam. Yaxud Anar sevirsə, qısqanmalıdır".

İfaçı bir müddət öncə İbrahim Tatlıseslə baş tutan görüşə də toxunub: "Burdaki maqazin proqramları heç bu haqda nə danışdılar, nə də yazdılar. Amma Türkiyə mediası bu haqda nə qədər xəbər yazdı. Bir gecənin içində 70 milyonluq xalqın içində tanındım. Sadəcə biz də paxıllıq daha çoxdur. Dedilər "Getdi İbrahimin yanında ağladı", hətta dedilər ki, güya, biz İbrahimə pul verdik ki, orda ağlasın. Amma onların heç biri olmadı. Ondan sonra dəfələrlə Türkiyədə layihələrim oldu. Gələcəkdə də İbrahim Tatlısesin bir mahnısını ifa edəcəm". 

"Zenfira İbrahimova deyiləndə, hər kəs ilk növbədə toy düşünür, bunun səbəbi nədir" sualına müğənni belə cavab verdi: "Toy məktəbdir. Onu hər adam idarə edə bilməz. Əgər, toyda 500 nəfər iştirak edirsə, gərək, hər biri səndən razı getsin. Çünki ev yiyəsi buna görə müğənniyə pul ödəyir. Sadəcə, toy müğənnisi ifadəsini biz də çox ucuzlaşdırıblar. Toyu oxuya bilməyən insanların məclislərinə gedirsən, görürsən ki, ancaq 45 dəqiqəlik fonoqramlarını qoyub mahnısını oxuyub çıxıb gedirlər. O, 45 dəqiqədən sonra da özlərini itirirlər, çünki səsləri yoxdur. Amma mən lazım olsa, muğam, klassik, bəstəkar mahnıları, türk, ingilis dilində də ifalar nümayış etdirərəm. Əgər səs varsa, heç nədən çəkinmək lazım deyil".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov