Samiraldo: “Gələn il çox böyük aclıq olacaq”
    • 24-12-2018, 10:55
    • 2 648

Samiraldo: “Gələn il çox böyük aclıq olacaq”

Stilist və instagram fenomeni Samiraldo maraqlı açıqlamalar edib. 

News24.az xəbər verir ki, Samiraldo 2019-cu ilin aclıq ili olacaqğını deyib:

“2019 aclıq ilidir. Mənim hissiyatım güclüdür. Gələn il çox böyük aclıq olacaq. Ona görə də il ərzində yığdıqlarımızı yeməliyik”.

Stilist qazanc mənbəyindən danışıb:

“Bildiyiniz kimi, heç bir efirdə yoxam. Mənə xalqım qazandırır. Çünki onların məclislərinə, açılışlarına qatılırıam. Həm də efir adama pul qazandırmır”.

O, son zamanlar instagram fenomenlərinin artmasına da münasibət bildirib:

“Ola bilər ki, onlar populyar olsunlar. Amma onlar sevilə bilməzlər. İnsan gərək sevilən olsun. Populyar olmaq çox asandır. Adam öldürürsən adın krimina verilişlərdə çəkilir. Yəni, tanınmaq problem deyil. Neçə ildir məşhurluğumu qoruyub saxlayıram. Elə bilirsiniz ki, bu asan məsələdir?
Məni onlara tay etmək düzgün deyil. Allah yollarını açıq etsin”.

Teymur MƏMMƏDOV