Şamaxıda evlərin damı uçdu, telefon və elektrik xətləri qırıldı - FOTO
    • 5-02-2020, 14:32
    • 1 126

Şamaxıda evlərin damı uçdu, telefon və elektrik xətləri qırıldı - FOTO

Güclü külək Şamaxı rayonunda bir sıra fəsadlar törədib.

Bir binanın və bir neçə fərdi yaşayış evinin dam örtüyü yararsız vəziyyətə düşüb. 

Beşmərtəbəli binanın dam örtüyü uçaraq avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilə ziyan dəyib. Telefon xətləri qırılıb, ətraf ərazilərə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub, fəsadlar aradan qaldırılıb, təhülükəsizlik tədbirləri görülüb. 

Hazırda güclü küləyin rayona vurduğu ziyanın məbləği dəqiqləşdirilir. /Report/