Oksana Rəsulova hamilə fotolarını paylaşdı: "Məni anlamadam qınağa çevirdilər"
    • 10-09-2018, 10:59
    • 6 932

Oksana Rəsulova hamilə fotolarını paylaşdı: "Məni anlamadam qınağa çevirdilər"

Hamiləliyini hər kəsdən gizli saxlayan, ötən ayın sonlarında ana rəqqasə Oksana Rəsulova hamilə fotosessiyasını paylaşıb. 

O, şəxsi instagram hesabında geniş yazı yazaraq onu qınayanlara səslənib:

“Salam əziz izləyicilərim. Bu gün sizlərlə bölüşmək istədiyim duyğularım var... İndi ki zamana qədər, son 1 ildə heç bir yerdə şəxsi həyatım haqqında ağzımdan bir kəlmə çıxmadı və buna səbəblərim var idi. Bəzi insanlar üzündən, hansıları ki Allahın öhtəsinə buraxmışam, məni anlamadam qınağa çevirdilər, amma bir çoxları dəstək oldular (hər şeyi oxuyurdum).

Mən onu anladım ki, insanlar necədə kobudlaşıb və acınacaqsız olub (bu hər kəsə aid deyil). Bir qadının övlad həsrətində olduğunu anlamayıb, onun 15 ildən çox problemi olduğunu anlamayıb, öz çirkin fikirlərini ətrafa yayıb nədəsə günahlandırmaq nə qədər düzgündür? Özüdə qadın hamilədirsə? Bəs Allahdan gorxu? Bəs “mən bunları deyirəm, yazıram, birdən mənimdə və ya ailəmin başına bu problem gəlsə” kimi fikirlər sizi narahat etmir?

Bəyəm tanınmış sima insan deyil? Və ya onun həyatı hər zaman yağ kimi olmalıdır? Bəli, mənim şəxsi həyatım hər dəfə göz önündə olub, söz verdim özümə, ailəmə ki artıq olmayacaq...

Mən ümmiyətlə heç vaxt öz problemlərimi tamaşaçılarımla bolüşməmişəm, amma nədənsə mənim şəxsi həyatım hər zaman marağ mərkəzində olub... Əslində bu normaldır, amma düzünü yazıb düzünü desələr... Təəsüf ki, belə deyil...

Bəli, ailə həyatı qurmuşam... Bəli, hamiləyəm... Heç bir yerdə müsaibə verməmişəm... Mənə bu son aylar “bəzi” media işçiləri və aparıcılar böyük bir stress yaşatdılar... Onlar mənim daxili problemlərimi bilməyə bilməyə yazıb şişirtdilər... Onlar düşünmədilər ki, axı bu problemi onlarda yaşaya bilər...

Mən hirsləndim, ağladım, kövrəldim, amma bir kəlmə cavab vermədim. Çünki söz vermişdim. İndi də cavab vermirəm, mən sadəcə sizlərlə bölüşürəm. Bəlkədə həyatımda birinci dəfə...

Ana olmağı isə mən hər qadına arzulayıram. Allah köməyimiz olsun... Allah saf niyyətləri qəbul etsin Amin! Allah körpələri saxlasın. 

Sizdən xaişim olacaq, bundan sonra mənim ailə həyatımla bağlı suallar verməyin! Birdə ki, rəy və komment yazanda, və ya kiminsə haqqında danışanda diqqətli olun. Çalışın heç kimin qəlbini qırmayın. Nə vaxtsa özünüz qırıla bilərsiz...”