"8 saatlıq iş rejiminə riayət edilməsi üçün ..."- NAZİR
    • 6-02-2020, 17:55
    • 559

"8 saatlıq iş rejiminə riayət edilməsi üçün ..."- NAZİR

"8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu 2 istiqamətdə işləyəcək". 

News24.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 

Onun sözlərinə görə, ilkin olaraq bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq.

"İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hal hazırda təklifləri hazırlayırıq hökümətə təklif ediləcək və müvafiq qərardan sonra təmin ediləcək.

Araşdırmalarımız, monitorinqlərimiz biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq:

"Ona görə də ilk mərhələdə xərəbdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrini izah edilməsi olacaq. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək.

Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər".

Afaq Mirayiq