-
- 7-02-2020, 20:12
- 994
Oqtay Gülalıyevin son vəziyyəti - VIDEO
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.
News24.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev sosial şəbəkədə bildirib:
“Atam Oqtay Gülalıyevin səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatından sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir.
İrəlləyişlərin göstəricisinə əsasən xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir”.
Xatırladaq ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən zaman vurulub. O, sürücü tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.