Mikayıl Cabbarov koronavirusdan danışdı
    • 11-02-2020, 01:00
    • 4 286

Mikayıl Cabbarov koronavirusdan danışdı

Çində yayılan koronavirusun Asiya ölkələrinin iqtisadiyyatına müəyyən mənfi təsirləri görünür. Lakin bu virusun Azərbaycan iqtisadiyyatına hər hansı narahatlıq yaratması üçün əsas yoxdur.


News24.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov söyləyib.


Nazir deyib ki, Azərbaycanda 2020-ci il üçün iqtisadi və büdcə proqnozları kifayət qədər mühafizəkar tərtib olunub. Bütün ssenarilər işlənilib.


“İndidən hər hansı proqnoz bildirmək çox tezdir. Hesab edirəm ki, tələskənliyə yol verməməliyik. Dövlətin aidiyyəti qurumları ilə birgə vəziyyəti izləyib təhlil etməliyik”, - deyə M.Cabbarov vurğulayıb.