-
- 14-02-2020, 20:06
- 1 565
Tələbələr “Sağlam təhsil” siniflərində pedaqoji təcrübə keçir- FOTO
Artıq neçə ildir ki, “SABAH” qrupları və “Sağlam təhsil-sağlam millət” layihəsinin əməkdaşlığı çərçivəsində ADPU-nun “SABAH” qruplarında ibtidai sinif müəllimliyi ixtisasında təhsil alan tələbələr “Sağlam təhsil” siniflərində pedaqoji təcrübə keçirlər.
News24.az-ın məlumatına görə, tələbələrin təcrübə dövrünə hazırlığı məqsədilə onlar üçün sağlam təhsil texnologiyaları, sinif gigiyenası və digər mövzularda təlimlər təşkil olunur.
Bu il də 30 tələbə “Sağlam təhsil” siniflərində iki həftə ərzində pedaqoji təcrübəyə cəlb olunub. Gələcəyin müəllimlərinin dərsini izləmək məqsədi ilə 258 nömrəli məktəbə yollanıb.
Tələbələrə təcrübə müddətində “Sağlam təhsil” siniflərinin müəllimləri, həmçinin metodist, pedaqoq və psixoloqları dəstək göstərib.
Digər Sağlam təhsil sinfində də iki tələbə təlimin son günlərində öyrəndikləri təcrübə əsasında dərslər hazırlayıblar.
Onlar bildiriblər ki, bu müddətdə həm də şagidlərlə işləmək, müəllim şagird münasibətlərinin tənzimlənməsi ilə bağlı da gəlcəkdə onlara əhəmiyyətli ola biləcək təcrübə qazanıblar.
Pedaqoji təcrübəni tamamlayan tələbələrə, həmçinin “Sağlam təhsil” siniflərinin müəllimlərinə sertifikat və təşəkkürnamələr təqdim olunub.