-
- 18-02-2020, 12:58
- 4 441
“Arşın mal alan” operettası anşlaqla KEÇDİ - FOTOLAR - VİDEO
Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası anşlaqla keçib.
News24.az xəbər verir ki, illər ötdükcə tamaşaçı marağı azalmayan, əksinə daha da artan ölməz əsərin yeni qoyuluşu auditoriya tərəfindən böyük maraqla qarşılandı. Aktyorların mükəmməl oyunu, quruluşçu rejissorun işi (Əməkdar İncəsənət xadimi Hafiz Quliyev) sayəsində tamaşa əsl bayrama çevrildi.
Əməkdar artist Ramil Qasımovun interpretasiyasında Əsgər, Əməkdar artist Cahangir Qurbanovun yaratdığı Soltan bəyin obrazı, romantik Gülçöhrə obrazı (Əməkdar artist İnarə Babayeva), Telli (Xalq artisti Gülyaz Məmmədova), Asya (Aysel İbrahimova), Süleyman (Əməkdar artist Tural Ağasiyev), Cahan xala (Əməkdar artist Gülüstan Əliyeva), Vəli (Sadiq Məlikov) sanki tamaşaçı qarşısına keçən əsrdən qonaq gəlmişdilər - bu təəssüratı səhnədə hökm sürən və auditoriyaya son dərəcə doğma olan atmosfer yaradırdı.
Qeyd edək ki, Hüseynqulu Sarabski, Rəşid Behbudov kimi korifeylərdən sonra Ramil Qasımovun yaratdığı qətiyyətli, ağırtəbiətlli və eyni zamanda proqressiv düşüncəli Əsgər obrazı ölməz operettaya yeni nəfəs gətirdi.
Əməkdar artist Eyyub Quliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının uğurlu çıxışını da xüsusi qeyr etmək lazımdır.
Dahi Üzeyir bəyin 1913-cü ildə yazdığı tamaşanın bu gün də anşlaqla keçməsi bir daha bu əsərin ölməzliyini təsdiq etdi.