Bakıda yüksək vəzifəli şəxsin ailəsində ŞOK HADİSƏ - 15 YAŞLI OĞLU ÖLDÜ - TƏFƏRRÜAT - YENİLƏNDİ
    • 18-02-2020, 14:57
    • 1 639

Bakıda yüksək vəzifəli şəxsin ailəsində ŞOK HADİSƏ - 15 YAŞLI OĞLU ÖLDÜ - TƏFƏRRÜAT - YENİLƏNDİ

Bakıda 15 yaşlı oğlan anasının vurduğu iynədən sonra dünyasını dəyişib.

News24.az
xəbər verir ki, bu barədə TƏBİB-dən mıəlumat verilib. Belə ki, 15 yaşlı oğlan anasının ev şəraitində vurduğu iynədən sonra anafilaktik şok keçirib: "Məmməd Araz 2 ünvanında anasının vurduğu iynədən sonra anafilaktik şok keçirib və təcili tibbi yardım briqadası hadisə yerinə çağırılıb.

Daha iki briqada isə özəl xəstəxanadan çağırılıb. Həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb". /Trend.az/

***13:45
“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib.

Hadisə ötən gün Bakı şəhəri Məmməd Araz küçəsi 2 ünvanında qeydə alınıb.
Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra aneflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı demokrat.az saytı yayıb./Report/