Tramp onu istefaya göndərdi
    • 19-02-2020, 23:35
    • 714

Tramp onu istefaya göndərdi

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbərinin müavini Con Rudu istefaya göndərib.

News24.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb: “Mən Con Ruda ölkəmizə göstərdiyi xidmətə görə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, Con Rud ABŞ Müdafiə nazirinin siyasi işlər üzrə müavini postunu tutub.