Əli Əhmədov onları MÜKAFATLANDIRDI - FOTOLAR
    • 21-02-2020, 11:52
    • 546

Əli Əhmədov onları MÜKAFATLANDIRDI - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində YAP könüllülərinin toplantısı keçirilib.

News24.az xəbər verir ki, toplantı zamanı Azərbaycanda  keçirilən seçkilərdə aktiv iştiirak etmiş könüllülər diplomlarla mükfatlandırılıblar.
Diplomlar Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və partiyanın İcra katibi Əli Əhmədov tərəfindən təqdim edilib. 

Tədbir zamanı ekoloji layihələrə qatılan könüllülər də diplomlarla təltif ediliblər.

Diplomları millət vəkilləri Bahar Muradova, Hicran Hüseynova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təqdim ediblər.

Teymur Məmmədov