-
- 26-02-2020, 16:34
- 1 518
"Körpələrin fəryadına dünya susdu, amma biz susmadıq" - VİDEO
Nizami kino mərkəzində Xocalı soyqırımının 28-ci il dönümü ilə bağlı tədbir keçirilib.
News24.az xəbər verir ki, "Araxçın MMC Silent Communication"-nun təşkilatçılığı ilə gerçəkləşən mərasimdə "Fəryad" filminin və Elnarə Xəlilovanın "Xocalıya ədalət" adlı klipi işarət diliylə təqdim olunub.
Bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd danışma və eşitmə məhdudiyyətli insanların jest dilini aktuallaşdırıb onları cəmiyyətdə adaptasiya olmasına, sosiallaşmalarına kömək etməkdir.
Tədbirdə həmçinin də Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükütla yad olunublar. Bildirilib ki, hər il dünya azərbaycanlıları və ədaləti uca tutan insanlar qurbanları yad edirlər. Əsas məqsəd isə Soyqırım gününü unutmayıb, dünyaya çatdırmaqdır.
Sevda Bayramova