"Hansı gələcəyi qurmaq istəyirik?" - BMT-nin 75 illiyinə həsr olunan tədbir
    • 28-02-2020, 11:49
    • 608

"Hansı gələcəyi qurmaq istəyirik?" - BMT-nin 75 illiyinə həsr olunan tədbir

BMT-nin Bakıdakı nümayəndəliyi, ADA Universiteti ilə birlikdə dünyanın gələcəyinə dair ən böyük qlobal müzakirə olan BMT 75 təşəbbüsünün Azərbaycanda başlamasına həsr edilmiş tədbir keçirilib.

News24.az-ın xəbərinə görə, BMTİP -in rezident nümayəndəsi Alessandro Frakasseti bildirib ki, BMT 75 dialoqları "Bir dəqiqəlik Sorğu" ilə birlikdə milli və beynəlxalq siyasət və müzakirələrə töhfə vermək üçün səhih məlumatlar əldə etməyə imkan yaradacaq. 

Xarici işlər Nazirliyin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, BMT 75 il ərzində beynəlxalq təhlükəsizlik səviyyəsinin daha da möhkəmlənməsinə nail olub:

"Azərbaycan höküməti BMT- ə qoşulandan sonra öz sadiqlyini göstərib. Sülhün və təhlükəsizliyin bərqərar olmasına nail olub. Qoşulmama hərəkatının sədri kimi isə Azərbaycan hökuməti 28 bəyanat verib, 3 qətnamə hazırlayıb". 

Tədbirdə BMT 75 təşəbbüsünün il ərzində müzakirə edəcəyi üç əsas sual ətrafında fikir mübadiləsi aparılıb. " Hansı gələcəyi qurmaq isyəyirik, biz düzgün yoldayıqmı, və boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq".

Afaq Mirayiq