“CanaVar” hədəfində BU MƏŞHURLAR VAR
    • 3-03-2020, 13:16
    • 793

“CanaVar” hədəfində BU MƏŞHURLAR VAR

“Bu Şəhərdə” komandası ənənələrinə sadiq qalaraq bu il də 8 Mart Beynəlxalq Qadınlar bayramı günündə konsert verməyə hazırlaşır.

Aylardır yeni səhnəciklər və ssenarilər üzərində çalışan komandanın ssenaristi Müşfiq Abbasov News24.az saytına baş tutacaq konsertləri haqda açıqlama verib:“Konsertin adı “CanaVar” dır. Kimin üçünsə canavar, kimin üçünsə “Cana” “var” anlamına gəlir. Sosial, ailə-məişət mövzuları olacaq. Ənənəyə sadiq qalara toy səhnəciyimiz olacaq. Artıq yeni parodiyalar üstündə çalışmışıq. Bunlardan Roza Zərgərli, Nazilə Səfərli, Elza Seyidcahan, Könül Kərimova, Cabbar Musayev, Teymur Mustafayev və böyük sənətkarımız Nəzakət Məmmədova hədəfimizdədir. Ailə səhnələri ilə yanaşı, məmurla bağlı maraqlı bir səhnəciyimiz də var. Biz artıq fevralın 29-dan martın 1-i və 2-si Sumqayıtda konsert proqramıyla çıxış etdik.  Martın 4,5,6,7,8-i Bakıda çıxış edəcəyik. Ayın 14-ü və 15-i Naxçıvana, 27-si Xarkovda, 29-u Kiyevdə tamaşaçılarımızla görüşəcəyik”.