“Güzgü bizim zahirimizi çox aydın şəkildə göstərir”
    • 1-05-2024, 12:37
    • 159

“Güzgü bizim zahirimizi çox aydın şəkildə göstərir”

“İnsanı mükəmməl yaradan uca Tanrıdır. Məhz onun istəyi ilə gözəllik qadına verilib. Zahiri gözəl görünmək hər bir qadının arzusudur”.

News24.az bildirir ki, bu sözləri “Liatris Holdinq”in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva sosial media hesabında yazıb.

O, fikirlərini belə ifadə edib:

“Qadın hər yaşda baxımlı və cazibədar görünmək istəyir. Bu səbəbdən də tez-tez güzgüyə nəzər salırıq. Güzgü bizim zahirimizi çox aydın şəkildə göstərir. Lakin göstərə bilmədiyi bir şey var ki, bu da bizim daxilimizdir. Daxili gözəlliyi isə insan yalnız öz əməlləri ilə göstərir. Əməli gözəl olanın deməli, daxili dünyası da gözəldir. Bir şeyi də unutmayaq ki, sonda ancaq əməllərimizə görə mühakimə olunacağıq”.