Tanınmış aparıcının tikdirdiyi villasından oğurluq edən ŞƏXSLƏR SAXLANILDI
    • 9-03-2020, 13:52
    • 620

Tanınmış aparıcının tikdirdiyi villasından oğurluq edən ŞƏXSLƏR SAXLANILDI

Teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun yaxınlığında tikdirdiyi villasında baş verən oğurluq hadisəsinin üstü açılıb.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar - 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib. 

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir. /Report/