"Eurovision 2020" müsabiqəsi ilə bağlı Rotterdamda keçirilməli olan İCLAS TƏXİRƏ SALINDI - EKSKLÜZİV
    • 11-03-2020, 12:04
    • 919

"Eurovision 2020" müsabiqəsi ilə bağlı Rotterdamda keçirilməli olan İCLAS TƏXİRƏ SALINDI - EKSKLÜZİV

Avropanın əksər ölkələrində bütün idman və mədəniyyət tədbirləri ləğv edilib. Rotterdamda keçiriləcək "Eurovision 2020" mahnı müsabiqəsi ilə bağlı isə hələlik yekun qərar verilməyib. Bəzi media orqanlarında isə sözügedən müsabiqənin ləğv olunması ilə bağlı xəbərlər yayılıb.

News24.az-a açıqlama verən "Eurovision-2020" mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Leyla Quliyeva bildirib ki, tədbirin baş tutmaması haqda xəbərlərin reallaşması gözlənilmir: "Müsabiqənin keçirilməməsi haqda heç nə deyilməyib. Sadəcə, onlar da maksimum dərəcədə koronavirusdla bağlı qorunmağa çalışırlar".

L. Quliyeva onu da vurğulayıb ki, bu il Rotterdamda keçirələcəyi gözlənilən iclas online şəkildə baş tutub: "Orda nümayəndə heyətlərini təşkilat komitəsi ilə tanış etdilər. Kimin nəyə cavabdeh olacağı müəyyən olundu. Eyni zamanda bütün iştirakçı ölkələr öz təmsilçiləri və mahnılarını online şəkildə təqdim etdilər. Sözügedən iclas koronavirusa görə ləğv olundu".

Qeyd edək ki, "Eurovision 2020" yarışması bu ilin mayında Niderlandın Rotterdam şəhərində keçirilməsi nəzərdə tutulur. 

Sevda Bayramova