"Otellərin qiymət siyasətinə müdaxilə edə bilmərik"- KƏNAN QASIMOV
    • 11-03-2020, 12:38
    • 712

"Otellərin qiymət siyasətinə müdaxilə edə bilmərik"- KƏNAN QASIMOV

"İnsanlar ölkə xaricinə səfər edərkən bir neçə dəfə düşünürlər və risk etmirlər. Bu, gözlənilən idi. Xarici turistlərin sayında azalma var. Böhranlar yeni imkanlar üçün şərait yaradır. Mümkün variantlardan maksimum istifadə etməyə düşünürük". 

K.Qasımov qeys edib ki, belə vəziyyətdə daxili turizm üçün potensialdan istifadə edilə bilər. 

News24.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. Onun sözlərinə görə, artıq mart ayının rəqəmlərində xarici turistlərin sayında ciddi şəkildə azalma müşahidə olunub:

"Fevral ayının sonunda ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında 17 faizə yaxın artım müşahidə olunur. Söhbət gəlmə turistdən deyil, ölkə daxilində səfərdən gedir. Azərbaycan da turist üçün lazım olan hər şey cəmləşib. Ölkə xaricinə çıxa bilməyən insanlar hesab edirəm ki, təəssüflənməyəcəklər. Onlar ölkə daxilinə səfərlərini edə bilərlər. Biz bütün mehmanxanalarla, turizm iaşə obyektləri ilə daim görüşlər keçiririk. Əmin edə bilərəm ki, onlar turistləri qəbul etmək üçün hazırdır. Hər hansı risk müəyyən edilməyib. Əgər risk olarsa bu, ictimaiyyətlə kommunikasiya olunacaq".

Aparat rəhbəri qeyd edib ki, indiki mərhələdə hər hansı qiymət artımından söhbət gedə bilməz. "Dövlət Turizm Agentliyi olaraq turizm şirkətlərinə və otellərin qiymət siyasətinə müdaxilə edə bilmərik. Lakin tövsiyyələrimiz ondan ibarətdir ki, prosesi stimullaşdırmaq üçün yerli turistlər üçün müəyyən güzəştlərə də gedə bilərlər".

Afaq Mirayiq