-
- 11-03-2020, 15:44
- 979
Əfv nəticəsində azadlığa çıxan Türkana yeni cinayət işi açıldı
Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən qadın barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Səbail Rayon Polis İdarəsində Şəfiyeva Türkan Rəcəb qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, yəni, dələduzluq-təkrar törədildikdə maddəsi ilə iş açılıb. Türkan Şəfuyevanın 3 nəfərə yalan vədlər verərək pullarını ələ keçirdiyi bildirilir. Həmin şəxslər zərrəçəkən şəxs qismində tanınıb.
Qeyd edək ki, Gəncə şəhər sakini olan 1986-cı il təvəllüdlü Türkan 2011-ci ildə Kəpəz Rayon Məhkəməsinin hökmü ilə məhkum edilib. 2012-ci ildə isə o əfv edilərək azadlığa buraxılıb.