Tələbələr koronavirusla mübarizə üçün min manat  topladı
    • 22-03-2020, 12:16
    • 1 292

Tələbələr koronavirusla mübarizə üçün min manat topladı

Azərbaycan Dillər Universitetinin tələbələri (ADU) koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə qoşulublar.

 

News24.az xəbər verir ki, ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinin 21 mart 2020-ci il tarixli virtual şəkildə növbədənkənar iclasında bu barədə qərar qəbul edilib. İclasda qeyd edilib ki, koronavirusla mübarizə və pandemiyanın kütləvi yayılmasının qarşısını alınması milli birlik və həmrəylik məsələsidir. 

 

Bu məqsədlə, iclasda koronavirusla mübarizə və pandemiyanın qarşısının alınmasında dəstək üçün  Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına komitənin maliyyə imkanlarını nəzərə almaqla təşkilatın hesabından 1000 manat vəsaitin köçürülməsinə qərar verilib. Bu gün həmin vəsait Fondun hesabına köçürülüb.

 

Qeyd edək ki, təşkilat bundan sonra da koronavirusla mübarizə və vətəndaşların maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlərini davam etdirəcək.