"Buta”dan sərnişinlərə müraciət
    • 22-03-2020, 17:00
    • 610

"Buta”dan sərnişinlərə müraciət

"Buta Airways” sərnişinlərə müraciət edib. 

News24.az xəbər verir ki, qurum vətəndaşları müştəri xidmətlərinə aviabiletlərin geri qaytarılması / dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayarkən aşağıdakı qeydləri nəzərə almağı xahiş edib: ⠀ 

“- Müraciətinizi [email protected] e-poçt ünvanı və ya saytımızdakı əks əlaqə forması vasitəsilə göndərə bilərsiniz. 

- Bütün lazımlı məlumatı bir müraciət ilə göndərməyə çalışın. 

- Eyni müraciəti eyni zamanda bir neçə əlaqə vasitəsilə göndərməməyi xahiş edirik. 

- Səbirli olub müştəri xidmətlərinin cavabını gözləyin”.