Sabahın hava proqnozu açıqlandı
    • 25-03-2020, 13:37
    • 631

Sabahın hava proqnozu açıqlandı

26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Departamentindən News24.az verilən məlumata görə martın 26-da havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda  gecə 6-8° isti, gündüz 14-16° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər  bəzi yerlərdə  duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-10° isti, gündüz  15-20° isti,
dağlarda gecə 0-5°  isti, gündüz  7-12° isti olacaq.