Baxillər, steril və qeyri-steril əlcəklər, tibbi maskalar ƏDV-dən AZAD EDİLDİ
    • 27-03-2020, 17:00
    • 1 020

Baxillər, steril və qeyri-steril əlcəklər, tibbi maskalar ƏDV-dən AZAD EDİLDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28 – 30-cu hissələr əlavə edilir:

S/SKodXarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
28.3926200001Baxillər
 29.4015190001Steril və qeyri-steril əlcəklər
30. 6307909801Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar
 
Bu Fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.