Yer kürəsinə komet YAXINLAŞIR
    • 30-03-2020, 16:00
    • 553

Yer kürəsinə komet YAXINLAŞIR

Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometi Yerə yaxınlaşır. 

Azərbaycan Milli Elmlər Akademiyasından News24.az-a verilən məlumata görə, parlaqlığına görə Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub. Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır.

Bildirilir ki, "poisknews.ru" saytının məlumatına görə, hazırda kometi ulduzların 8-ci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlər görünməyən) parlaqlığına aid edirlər. İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə may ayında yaxınlaşması gözlənilən kometin parlaqlığı həmin vaxt 9-10 ölçüyə çata bilər.


Astronomlar hesab edirlər ki, Atlası adi gözlə görmək mümkün olacaq.